Bakıdakı “Moskva” kinoteatrının söküntüsü niyə dayandırıldı? – FOTO

Mədəniyyət

Sosial şəbəkələrdə Bakıdakı “Moskva” kinoteatrının sökülməsini əks etdirən fotolar yayılıb.  

“Qafqazinfo” Nəsimi rayonunda yerləşən kinoteatrla bağlı eyniadlı İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan həmin binanın dövlət yox, özəl mülkiyyətdə olduğu bildirilib. 

Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən münasibət öyrənilib. Qurumdan sorğuya cavab olaraq sözügedən qeyri-yaşayış obyektinin xüsusi mülkiyyətdə olduğu təsdiqlənib: “Həmin tikilinin söküntüsü ilə əlaqədar icazə alınmadığı üçün hazırda aidiyyəti orqanlar tərəfindən işlər dayandırılıb”.

Qeyd edək ki, kinoteatr 2006-cı ildən fəaliyyət göstərmir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir