Ledi Dinin şəkilləri ilə tanınan məşhur fotoqraf vəfat etdi – FOTO

Mədəniyyət

Dünyanın tanınmış fotoqraflarından olan Patrik Demarşelye 78 yaşında vəfat edib.

Bu barədə fotoqrafın “Instaqram” hesabından məlumat verilib.

Fransız fotoqraf daim Britni Spirs, Keyt Riçards, Jan-Pol Qolye, Qvinet Peltrou və başqa ulduzlarla işləyib. O, karyerası ərzində “Vogue”, “Elle”, “Glamour”, “Marie Claire”, “Harper’s Bazaar” ilə əməkdaşlıq edib, həmçinin “Chanel”, “Versace”, “Calvin Klein” və “Armani” üçün reklam çarxları çəkib.

O, həmçinin Şahzadə Diananın (1961-1997) fotoşəkilləri ilə tanınır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir