Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbində” Əziz Şuşa sən azadsan!” adlı fortepiano ixtisası üzrə sinif konserti keçirilmişdir.

Mədəniyyət
Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq , 09.06.2022- ci il tarixdə Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbində” Əziz Şuşa sən azadsan!” adlı fortepiano ixtisası üzrə sinif konserti keçirilmişdir.Konsertin təşkilatçısı məktəbin fortepiano müəllimi Səkinə Şıxəliyeva 44 günlük Vətən müharibəsi haqqında məruzə ilə çıxış etmişdir.Şagirdlər şəhidlərə həsr olunmuş şerlər söyləmişdilər.Daha sonra şagirdlər tərəfindən maraqlı rəqslər nümayiş etdirilmiş,Azərbaycan bəstəkarlarının əsərləri ifa olunmuşdu.
Konsertin sonunda Şuşaya həsr olunmuş şagirdlərin əl işləri nümayiş edilmişdir.
Səmil Şahlaroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir