Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çanaqqala Zəfərinin 107-ci ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.
Bu barədə XİN başçısı “Twitter” hesabında yazıb.
“Qardaş Türkiyənin tarixinə qızıl hərflərlə yazılan Çanaqqala Zəfərindən 107 il ötür. Bu əlamətdar gündə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü, onun silahdaşlarını dərin hörmətlə anır, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik”, – deyə nazir qeyd edib.
Qardaş #Türkiye|nin tarixinə qızıl hərflərlə yazılan Çanaqqala Zəfərindən 107 il ötür.
Bu əlamətdar gündə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal #Atatürk|ü, onun silahdaşlarını dərin hörmətlə anır, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik.#18MartCanakkaleZaferi pic.twitter.com/3jN4MW3AtB
— Jeyhun Bayramov (@bayramov_jeyhun) March 18, 2022
www.102info.az