Mustafa Şentop Tehrandakı səfirliyimizə edilən terror aktı ilə bağlı Sahibə Qafarovaya zəng edib – FOTO

Siyasət

“Azərbaycanın Tehran səfirliyinə edilən alçaq hücumu pisləyirik”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop özünün “Twitter” hesabında bəyan edib.

Onun sözlərinə görə, Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

“Hücumda şəhid olan qardaşımız üçün kədərləndiyimizi bildirmək üçün Azərbaycan Milli Məclisinin sədrinə, əziz dostum Sahibə Qafarovaya zəng etdim və qardaş Azərbaycan xalqına başsağlığı verdim”, – deyə o bildirib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir