FHN-in Türkiyəyə göndərdiyi növbəti humanitar yardımı Kahramanmaraşa çatıb – FOTO

Siyasət

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı – 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, avtomobil karvanı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) şəhər ərazisində yerləşən Təhsil Mərkəzinə gəlib.

FHN-in polkovniki Şəmsəddin Əmrahov bildirib ki, humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 758 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir