Paşinyan: “44 günlük müharibə zamanı komandirlər tərəfindən birbaşa təxribat halları olub”

Siyasət

“44 günlük müharibə zamanı komandirlər tərəfindən cinayətkar səhlənkarlıq, birbaşa təxribat halları olub”.

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Məsələn, komandirlərdən biri ələ keçirilmiş yüksəkliyi tərk etməyi əmr edib, digər komandir özü çaxnaşma yaradıb”, – deyə o qeyd edib.

Baş nazir əmin edib ki, o, qanunsuz əməllər törətmələri üçün hərbçilərə heç bir göstəriş verməyib.

“Bu isə o deməkdir ki, onlar bu göstərişləri başqa yerlərdən alıblar”, – deyə o vurğulayıb.

Mənbə: “Sputnik” Ermənistan “Telegram”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir