Gürcüstan və Özbəkistanın baş nazirləri Əli Əsədovu təbrik ediblər – YENİLƏNİR

Siyasət

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, A.Aripov həmkarını Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkənin hökumətlərinin qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur.

A.Aripov, həmçinin, nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əminliyini ifadə edib.

12:12

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, məktubda İ.Kobaxidze Ə.Əsədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan-Gürcüstan əməkdaşlığı və qarşılıqlı dəstəyi iki ölkənin strateji tərəfdaşlığının və sıx mehriban qonşuluq əlaqələrinin bariz ifadəsi kimi qiymətləndirilib, münasibətlərin gələcəkdə daha da intensiv və əhatəli olacağına əminlik ifadə olunub.

Gürcüstanın baş naziri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səy göstərməyə hazır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir