Azərbaycan diasporunun nümayəndələri Ukraynaya humanitar yardım ediblər – FOTO

Siyasət

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UADB) nümayəndələri Ukrayna ordusuna sifarişlə hazırlanmış 1000 ilkin tibbi yardım dəstini təhvil veriblər.

Diaspor rəhbəri, hüquq elmləri doktoru Hikmət Cavadov Oxu.Az-a bildirib ki, ilkin tibbi yardım dəstləri Ukraynanın Azərbaycandakı səfirliyinə təhvil verilib.

“Ukraynanın səfiri Volodimir Kanevski ilə görüşdə ilk tibbi yardım dəstləri ilə yanaşı, 1000 banka konservləşdirilmiş ət və digər zəruri əşyalar da verdik. Biz Ukraynamızı, evlərimizi qoruyuruq; kimi silahla, kimi sözlə, kimi də konkret əməli ilə. Yardımımız bununla bitmir. Biz təcavüzkar üzərində ümumi qələbəmizi birlikdə əldə edəcəyik. Yaşasın Ukrayna!” – deyə o bildirib.

Qeyd edək ki, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar, fevralın 23-də UADB idarə heyətinin üzvləri Kiyev “Qara meydan” improvizasiya teatrı ilə birlikdə “Böyüməyən uşaqlar” tamaşasını nümayiş etdirmək üçün Bakıya gəliblər. Bu, UADB-ın təşəbbüsü idi, lakin fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başladı, hava məkanı bağlandı və onlar Bakıda qalmağa məcbur oldular. Buna baxmayaraq, UADB idarə heyətinin üzvləri Ukraynaya informasiya və humanitar yardım göstərməkdə davam edirlər.

Onlar fevralın 26-da Ukrayna səfirliyi qarşısında Rusiya təcavüzünə qarşı aksiya təşkil ediblər. UADB fəalları Ukrayna ordusuna maliyyə yardımı edirlər. Məsələn, UADB-ın fəxri sədri Oktay Əfəndiyev 3 milyon qrivna (təxminən 174 000 manat) ianə edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir