Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistan Respublikasına
rəsmi səfəri başlayıb

Asiya Dünya Ölkə Siyasət

Martın 31-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə rəsmi səfərə gəlib.
Nümayəndə heyətinə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev, Anar İsgəndərov, Razi Nurullayev və digər rəsmi şəxslər daxildirlər.
Daşkənd şəhərinin İslam Kərimov adına Beynəlxalq Hava limanında nümayəndə heyətini Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sadiq Safoyev, Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qaşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin Özbəkistan Respublikasının Prezidenti, bu ölkə parlamentinin hər iki palatasının spikerləri ilə görüşləri nəzərdə tutulub.
Səfər aprelin 2-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir