Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib – FOTO

Siyasət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instaqram” hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm!

Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir