Emin Hüseynov: “Azərbaycan dəfələrlə sülhün qurulmasına hazır olduğunu bəyan edib”

Siyasət

“Azərbaycan dəfələrlə sülhün qurulmasına hazır olduğunu bəyan edib”.

Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi başa çatıb və Azərbaycan dəfələrlə sülhün qurulmasına hazır olduğunu bəyan edib.

“Azərbaycan sülh mesajı göndərir, ölkəmiz regionda sülh və sabitlikdə maraqlıdır. Azərbaycan regional proseslərə yaxşı inteqrasiya edə bilmiş ölkədir. Ermənistanın da bundan yararlanmaq imkanları var. Heç olmamaqdansa, gec olmağı yaxşıdır”, – deyə o bildirib.

Xatırladaq ki, bu gün Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel müzakirələri nəzərdə tutulub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir