Ukraynada gedən müharibə nə vaxt bitəcək? Yuriy Osadçenko “Danışaq” layihəsində cavab verir – VİDEO

Siyasət

Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Yuri Osadçenko “Danışaq” podkastının qonağı olub.

Oxu.Az xəbər verir ki, layihənin müəllifi, tanınmış jurnalist Həmid Həmidovla söhbəti zamanı Yuri Osadçenko Rusiya-Ukrayna müharibəsindən, Azərbaycanda yaşayan ukraynalılar və qaçqınlarla bağlı mövzular ətrafında fikirlərini bölüşüb.

Y.Osadçenko nüvə müharibəsinin başlanması ehtimalı, Krım körpüsündə baş verən partlayışın arxasında dayanan məqamlardan və Ukrayna-Rusiya müharibəsində kimin qalib gələcəyi barədə danışıb.

Podkastın qonağı, həmçinin Qarabağ barədə, azərbaycanlılarla ermənilərin dinc yanaşı yaşaması perspektivindən, Birinci Qarabağ müharibəsində iştirak edən ukraynalılar haqqında fikirlərini bildirib.

Daha ətraflı videomüsahibədə:

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir