Samir Şərifov: “Son illər təhsil xərcləri 2 dəfə artıb”

Siyasət

“Son illər Azərbaycanın dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan xərclərdə təxminən 2 dəfə artım baş verib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində maliyyə naziri Samir Şərifov bildirib.

“Prezident İlham Əliyevin müəyyən etdiyi milli inkişaf prioritetlərindən biri məhz təhsil sahəsi ilə bağlıdır, yəni insan kapitalının inkişaf etdirilməsidir. Bu məqsəd üçün biz dövlət büdcəsindən vəsait ayırırıq. Son illər ərzində 2 dəfə artım baş verib və sosial-iqtisadi inkişaf strategiyasında da təhsil üçün ildən ilə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Artımın böyük hissəsi əməkhaqlarının artırılması ilə bağlıdır. Bu da təbiidir. Çünki təhsil sahəsində çalışanların əməkhaqqı sisteminin təkmilləşdirilməsi, müəllimlərin ləyaqətli maaş alması vacib məsələlərdən biridir”, – deyə o qeyd edib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir