Ayxan Hacızadə: “Ermənistanın əməlləri layiqincə pislənilməli və qarşısı alınmalıdır” – FOTO

Siyasət

“Ermənistanın Azərbaycanda yerləşdirilmiş yüz minlərlə minaların hərtərəfli və dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, Azərbaycan ərazisini əlavə minalar döşəmək üçün davam etdirdiyi əməliyyatlar layiqincə pislənilməli və qarşısı alınmalıdır”.

Bunu xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sosial şəbəkə səhifəsində yazıb.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər şəxs minaya düşüb. Onlardan yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə ölüb.

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir