Təqribən on il əvvəlin söhbətidir. Jurnalistlər arasında mənzillər bölüşdürülürdü. Söhbət Alı Mustafayevin ailəsinə çatanda mübahisəli vəziyyət yarandı. Kimsə dedi ki, o, əvvəlki rəhbərliyin dövründə işləyib. Cavab verdim ki, jurnalist üçün nə fərqi ki, kimin dövründə işləyib, peşəkardırsa, sənətini sevirsə, xalqına xidmət edirsə … nə fərqi. Yekunda bu məntiq bəyənildi. Alının ailəsi hazırda o binaların birindəki 3 otaqlı mənzildə məskunlaşıb….
Dünən onun 70 yaşı tamam oldu. Yığışıb qəbrini ziyarət etdik. İstər-istəməz bu misalı xatırladım.
Yaxşı tanıyırdım. O, AzTV-də, mənsə Azərtacda işləyirdik. Ara-sıra zəng edib deyidi ki, xəbərləri vaxtında göndərin, biz jurnalistlər tarix yazmırıq, adamlar onu vaxtında eşitməlidir.
Eşitdim ki, Qaradağlıda baş verən faciəni lentə almaq üşün ezam olunub. Düzü, inanmadım. Bir gün əvvəl xəstə vəziyyətdə görmüşdüm. Amma Alını jurnalist marağı, peşə borcu odlu nöqtəlrə çəkirdi. Elə bu marağa da qurban getdi, şəhid oldu. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Runun şad olsun, jurnalist qardaşımız!
Əflatun Amaşov
www.102info.az