Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Təhsil
İyulun 15-i saat 10:00-da Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
İmtahan Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin binasında keçiriləcək. (Ünvan: Salyan rayon, Qüdrət Səmədov küç, 47)
Namizədlərə imtahanda tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim ediləcək.
İmtahan müddəti 80 dəqiqədir. İmtahanda iştirak edəcək namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi mütləq təqdim etməlidirlər. Həmçinin namizədlər imtahan mərkəzinə saat 09:30-dan gec olmayaraq yaxınlaşmalıdır.
Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin mobil telefonlarına sms bildiriş göndəriləcək.
Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir