Əldə olunan nəliyyətlər Prezident cənab İlham Əliyevin  düşünülmüş daxili və xarici siyasətinin təzahürüdür

Baş səhifə

 

Müstəqillik qazanmasından cəmi 31 il keçməsinə baxmayaraq Azərbaycan Respublikası regionunun lider dövlətlərindən birinə çevrilib. Bu illər ərzində ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atması həyata keçirilən çevik və uzaqgörən siyasətin nəticəsində mümkün oldu. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentin müasir dünyaya yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada siyasi proseslərin dərindən təhliletmə qabliyyəti qələbəmizi şərtləndirən əsas amillərdəndir. Müharibə zamanı bütün dünya Prezident İham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımlarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı.

Bu gün Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin edilib. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı genişlənib. Neft və qeyri-neft sektoru günü-gündən inkişaf edir, ölkəyə xarici və yerli investisorların marağı artıb. İnamla demək olar ki, uzun illər cənab Prezidentin uğurla həyata keçirdiyi bütün siyasi manevrlər öz bəhrəsini verir. İndi Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında müxtəlif aspektlərdən ön cərgədə dayanır.

Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl təməli İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapıb. XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya Türkün gücünü sübut etdi. Bu yalnız güclü siyasi iradə və xalqına arxalanan dövlət başçısının əldə edə biləcəyi zəfər idi. Ona görə də böyük fəxarət və qürurla deyə bilirik – Azərbaycanın Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və sarsılmaz birliyi var. Bu amillər bölgədə danılmaz yeniliklər və reallıqları şərtləndirir.

Dövlət başçısının ötən illər ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb, regional və qlobal enerji, eləcə də nəqliyyat layihələri ölkəmizin dünya üçün önəmini təsdiqləyib, dünya dövlətləri ilə bərabərhüquqlu əsaslarda münasibətlər qurulub. Həmçinin, nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilib. Görülən bütün işlər və əldə olunan nəliyyətlər Prezidentimiz cənab İlham Əliyevin balanslaşdırılmış, düşünülmüş daxili və xarici siyasətinin təzahürüdür

Ramil Gülməmmədov,

Salyan rayon Xıdırlı kənd tam orta məktəbin direktor əvəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir