Daşkəsən polisi yeni dərs ilində şagirdləri sevindirib-FOTO

Baş səhifə

 

Yeni dərs ili ərəfəsində polis əməkdaşları tərəfindən şəhid və aztəminatlı ailələrin övladları ilə görüşlər davam etdirilir.

Belə görüşlərdən biri də Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə orta məktəblərdə təşkil olunub. Görüşdə polis əməkdaşları qarşıdan gələn Bilik Günü münasibətilə balacaları təbrik edib, onların Vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzu ediblər.

Tədbirdə şagirdlərə məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

Valideynlər göstərilən qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir