Cəlilabadda Qarışıqlıq Salmaq Kimlərin Marağındadır?

Bölgə

102info.az xəbər verir ki, Son günlər sosial şəbəkələrdə Cəlilabad rayonunda icra nümayəndəsinin durğu işarəsinin düzgün istifadə etməməsi səbəbindən səsləndirdiyi ifadə gündəmi zəbt edib. Halbuki dövlət qurumlarında çalışanlar hamısı birlikdə bayram günləri olmasına baxmayaraq gücləndirilmiş iş rejimi ilə rayon mərkəzi ilə əlaqəsi kəsilmiş kəndlərin qar örtmüş yollarını təmizləmək üçün şaxtalı, boranlı soyuq havalarda yorulmadan əziyyət çəkirlər. Görülən işi ictimaiyyətlə bölüşmək istəyənləri də çəkdikləri əziyyətə görə təşəkkür etmək əvəzinə bəzi qərəzlilər məsxərəyə qoyurlar. Və təəssüf olsun ki, bəzi bəhanə gəzən, mənalı, məntiqli mövzu üzə çıxarda bilməyən saytlar da belə mənasız yazıları səhifələri boş qalmasın deyə paylaşırlar. Elə gərgin iş vəziyyətində yolların təmizlənməsi, elektrik təchizatının bərpa olunması, texnikanın təhlükəli hallarla rastlaşması və bütün bu işlərə məsuliyyətlə və vicdanla yanaşan, soyuqda əziyyət çəkən insanların gördükləri o qədər müsbət işin qarşılığında bir dənə mənfi nəyisə qabartmaq, əslində xoşniyyətli ola bilməyən insanları bir daha bizlərə tanıdır. Bir mənfini bu qədər qabardıb müzakirə etməkdənsə onların əziyyətlərini qiymətləndirmək daha yaxşı olmazdımı? Nə üçün biz həmişə yüz yaxşını qoyub, bir pisi deyirik?
Müstəqil media nümayəndəsi olaraq bildirmək istəyirəm ki, bəzi qərəzli və özlərini ictimai nəzarət nümayəndəsi kimi təqdim edən (guya cənab Prezidentə xidmət edirlər) saytlar, kinli adamlar, hər gün bir bəhanə ilə mənasız xəbərlərlə paylaşımlar edirlər. Gərək paylaşım edəndə cibini düşünən insanlar arada vicdanlarına müraciət etsinlər.
Açıq-aşkar qərəzli mövqe, görülən işlərə kölgə salmaq istəyənlərin pis niyyətli olmaqları paylaşımlarından bəllidir. Bir neçə gün əvvəl də Novruzun əsas atributlarından olan “Dədə Qorqudu” “Şaxta baba”ya bənzətməklə bir daha qərəzli mövqelərini ortaya qoyanlara demək istəyirəm ki, harada görmüsünüz Şaxta babanın əlində qopuz, əynində milli geyim olsun?
Siz, klaviatura “qəhrəmanları” isti yerdə kef ilə gün keçirərkən soyuqda xalqı düşünən, xalqın qayğısına qalan, milli adət-ənənələrimizi yaşatmağa çalışan insanların əməyinə qiymət verməyən məsuliyyətsiz, düşmən mövqeli olduğunuzu bir daha göstərməkdənsə, bu cür paylaşım edənləri maarifləndirməyə üstünlük verməyiniz daha məqsədəmüvafiq olardı. Bir jurnalist kimi belə saytların fəaliyyətini utancverici iş kimi qiymətləndirməkdən başqa yol tapa bilmirəm.

Əlinizi vicdanınız üstə qoyub düşünün cənablar!

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.