31 Mart soyqırımı erməni qəsbkarlarının barbarlığının sübutudu

Bölgə



Genosid-düşünülmüş şəkildə tam və ya qismən etnik,irqi,dini və ya milli qurupların qismən və ya tam məhv edilməsi anlamını verir. Bəşər oğlu XX yüzilliyə böyük sıçrayışla daxil oldu.Müxtəlif sahələrlə yanaşı insan düşüncəsində ,onun dünyanı dərk etməsində böyük inkişaf oldu. İnsan öz qədim keçmişindən dahada uzaqlaşaraq bioloji canlıdan daha çox sosioloji fərdə çevrildi, vəhşi təbiətə xas olan davranışlardan tam imtina edərək ,tədricən inkişaf edən humanist konsepsiyaları qəbul etdi. Yazdı, yaratdı, tikdi, düzəltdi, şəhərlər saldı, kainatın dahada dərinliklərinə baxmağa başladı. İnsanlığın tarixində ona utanc verəsi çox səhifələr var. Muasir insan bu səhfələrdən dərs çıxartmış kimi olsada öz yeni tarixində insanlıq adına yaraşmayan tarix yazmışdır.
Mart soqırımı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
1918-ci ilin xalqımıza qarşı törədilən soyqırım insan qırınıyla yekünlaşmadı, bu vandalizm millətimizin mədəni irsinədə yönəlmişdir.
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Xalqımızın başına gətirilən faciələrin tarixən təkrarlanmasının səbəblərindən biri, bəlkə də birincisi müxtəlif illərdə ermənilərin törətdiyi qanlı qırğınların unudulması və ya bilərəkdən unutdurulması, hər dəfə də yenidən törədilən faciə həmin dövrün faciəsi kimi qiymətləndirilməsidir. Halbuki, tarixi sənədlərdən bəllidir ki, ermənilər Rusiyanın himayəsindən istifadə etməklə XVIII əsrdən başlayaraq, bu günə kimi, azərbaycanlılara qarşı öz məkrli planlarını sistemli olaraq davam etdirməkdədirlər.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq, qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək, uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri kimi nəzərdə tutulmuşdur. Konvensiyanın preambulasında soyqırım yalnız beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət hesab edilmir, həmçinin bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi sayılır.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Ümumiyyətlə, ötən əsrdə dörd dəfə —1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilər azərbaycanlılara qarşı soyqırımı və deportasiyalar həyata keçirmişdilər.
44 günlük Şanlı Vətən müharibəsində qazandığımız Qələbə ilə ermənistanın aciz ordusu, bütün mif ideologiyası dağıdıldı və şəhidlərimizin qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Orxan Baxşalıyev

YAP Yevlax rayon təşkilatının fəalı,Yevlax rayon Yəldili kənd tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir