Salyanda “Anım günü” ərəfəsində şəhid ailələri ziyarət olunub.

Cəmiyyət
27 Sentyabr “Anım günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Salyan rayonundan olan şəhidlərin ailələri ziyarət edilib. RİH-nin başçısı Sevindik Hətəmov və hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən Müharibəsi şəhidlərinin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Ziyarət zamanı RİH başçısı Sevindik Hətəmov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində davam edən və Zəfərlə yekunlaşan müharibə zamanı şəhid olan igidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir