Bazarda qiymətlər: 70 qəpiyə aldığımız kartof 1 manat olub – VİDEO

Cəmiyyət

Bayram günlərində süfrələrimizin zəngin olmasını istəyirik.

Baku TV şimal-qərb bölgəsinin ən böyük bazarı olan Şəki bazarında qiymətləri araşdırıb.

Mövsümdə ən çox tələbat qoz, fındıq, şabalıd və çərəzlərədir. Bu kənd təsərrüfatı malları da bazara kənardan yox, ölkənin şimal-qərb bölgəsindən çıxarılır.

Şəkərburanın özəyi olan fındıq, paxlavaya gözəllik verən qoz və plova dad qatan şabalıd bazarda bolluq təşkil etsə də, qiymətlər o qədər ürəkaçan deyil. 

Baku TV-nin araşdırması nəticəsində məlum olub ki, bayram günlərində piştaxtaları bəzəyən məhsulların qiymətində artım var və bu artım əsasən xaricdən gələn mallarda öz əksini tapır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir