Şöbə müdiri: “Məktəblər yeni forma ilə bağlı rəng seçimi etməlidirlər” – FOTO

Cəmiyyət

“Yeni məktəb formaları Nazirlər Kabinetinin qərarına əsasən növbəti təhsil ilindən qüvvəyə minəcək. Məktəblərdə pedaqoji şura Nazirlər Kabinetinin qərarında qeyd edilən əlavələrə müvafiq olaraq müxtəlif rəng seçimləri üzrə müvafiq seçimlərini təqdim etməlidirlər”

Oxu.Az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Təhsil Nazirliyinin Şöbə müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, məktəb geyim formalarını sifariş vermir:

“Məktəblər qərar verir ki, orada təhsil alan şagirdlər hansı rəng çalarlarında olan məktəbli formasını geyinəcək. Heç bir məktəb forma sifariş vermir. Daha sonra isə valideynlər bazardan həmin geyim formalarını əldə edirlər”.

Qeyd edək ki, hər məktəb təklif edilən 4 rəng çalarlarından birini seçəcək.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir