Keçmiş məhkum kənd evini SOYDU: 10 min pul, seyf, tüfəng

Cəmiyyət

Abşeronda evdən külli miqdarda oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Novxanı kəndi ərazisində evlərin birindən 10 000 manat pul, sənəd olan seyf və bir ədəd “Winchester” markalı ov tüfəngi oğurlanıb.

Belə ki, bununla bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əhmədov müəyyən edilərək saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir