Azərbaycan və Türkmənistan enerjinin dünya bazarına çıxarılması yollarının şaxələndirilməsində maraqlıdırlar

Cəmiyyət

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov Aşqabadda keçirilən beynəlxalq neft və qaz forumunda iştirak edib.

Trend bu barədə Turkmenportal-a istinadən xəbər verir.

O, forumda iştirakı çərçivəsində 2020-ci ildən Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin 5 dəfə artdığını qeyd edib.

Nəsirovun sözlərinə görə, Türkmənistan və Azərbaycanın böyük karbohidrogen ehtiyatları və müasir sənaye komponentləri var və buna görə də hər iki ölkə enerjinin dünya bazarına çıxarılması yollarının şaxələndirilməsində maraqlıdır. Bu, iki ölkə arasında bu sahədə səmərəli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.

2021-ci il yanvarın 21-də Xəzər dənizində “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə anlaşma memorandumunun imzalanması xüsusilə vurğulanıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir