Son dəfə toyda gördülər: Fərrux uğrunda döyüşlərdə itkin düşən Vüqar Qubadovun ailəsi danışdı – VİDEO

Cəmiyyət

Bir müddət əvvəl Xocalı rayonunun Fərrux kəndinin erməni qanunsuz dəstələrindən azad olunması ilə bərabər, burada insan sümüklərinin aşkar edilməsi 30 ildir itkin düşən şəxslərin ailəsində bir ümid yaratdı. Bu illər ərzində qardaşından heç bir xəbər ala bilməyən Hakim Qubadov Fərrux kəndində aşkarlanan sümüklərin qardaşı Vüqar Qubadova da aid olduğuna ümid edir. Vüqar Qubadov 1973-cü ildə Salyan rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. 1991-ci ildə Rusiyada hərbi xidmətdə olub, Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 1992-ci ilin əvvəlində döyüş bölgəsinə göndərilib. 

Qardaşı Hakim Qubadov deyir ki, qardaşı sonuncu dəfə toyda iştirak etmək üçün 1992-ci ilin sentyabrın 13-də evə qayıdıb, səhəri gün isə yenidən hərbi hissəyə yollanıb. Hazırda Fərrux kəndinin azadlığa qovuşması ailədə həyəcanla qarşılanıb. 

Qeyd edək ki, bir neçə gün öncə Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı açıqlanıb, 62 nəfərin adının yer aldığı siyahıda Vüqar Qubadovun da adı var.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir