71 yaşlı kişi keçmiş kürəkənini niyə öldürdü? – TƏFƏRRÜAT – YENİLƏNİB + VİDEO

Cəmiyyət

Salyan rayonunun Təzəkən kəndində 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib.

APA TV hadisənin təfərrüatları ilə bağlı sujet hazırlayıb. 

Bildirilib ki, narkotik vasitənin təsiri altında olan Faiq Məlikov keçmiş həyat yoldaşının ata evinə soxularaq yatmış vəziyyətdə olan Məlikağa Əliyevə hücum edib. Bu zaman onların arasında əlbəyaxa münaqişə yaşanıb. 71 yaşlı qayınatasını özündən çıxaran Faiq Məlikov birinci tərəfindən 4 bıçaq zərbəsi alıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, ailənin birgə yaşayış zamanı 6 və 7 yaşında 2 övladları olub.

08:23

Salyanda 37 yaşlı şəxs qətlə yetirilib.

APA-nın məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1952-ci il təvəllüdlü Əliyev Məlikağa Əşrəf oğlu öz evində keçmiş kürəkəni Qarabağlı kənd sakini, 1985-ci il təvəllüdlü Məlikov Faiq Mətləb oğlunu aralarında yaranmış münaqişə zəminində bıçaqla qətlə yetirib.

M.Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir