Anar Bağırov: “Ehtiyacı olan şəxslərin pulsuz hüquqi yardımlara əlçatanlığı yoxdur”

Cəmiyyət

“Pulsuz hüquqi yardımla bağlı qanunda müvafiq standart yoxdur. Bu, çox çətin məsələdir. Ölkəmizdə ehtiyacı olan şəxslərin ödənişsiz hüquqi yardımlara əlçatanlığı yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, hazırda pulsuz hüquqi yardım məsələsi çox həssas məsələdir:

“Ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımların göstərilməsi üçün qanuna dəyişiklik edilməli və həmin şəxslərin pulsuz hüquqi yardıma əlçatanlığı təmin edilməlidir. Bu istiqamətdə də Vəkillər Kollegiyası Mediasiya Şurasına tam dəstək verməyə hazırdır”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir