Kamil Zeynallı: “Məni öldürmək fikrindədirlər” – FOTO

Cəmiyyət

Məşhur fitnes məşqçisi Kamil Zeynallı sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, Kamil paylaşımında onu öldürmək istədiklərini vurğulayıb.

O paylaşımına bu sözləri əlavə edib:

“Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb, acıqlarına gəlib. Bunlar hələ də məni izləyirlər, ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər. Öz vətəndaşlarına harada olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə etsinlər”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir