GÜZƏŞTLİ MƏNZİL necə seçilir? – Agentlik brifinqdə açıqladı

Cəmiyyət

“Güzəştli mənzil seçimi barədə elan satış tarixindən ən azı 30 gün öncə verilir. Hər elandan sonra güzəştli mənzilin seçiminin sınaq versiyası həyata keçirilir. Məqsəd budur ki, vətəndaşlar sistemdən istifadə etmək qabiliyyətlərini təkmilləşdirsinlər”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, satışın başlamasına 24 saat qalmış geri sayıma start verilir.

“Bu mərhələdə ilk olaraq ödəniş üsulu seçilməlidir. Vətəndaş güzəştli mənzili güzəştli ipoteka ilə əldə etmək istəyirsə, agent banklardan birinə müraciət etməlidir”, – deyə o əlavə edib.

Fərman Qurbanlı qeyd edib ki, mənzil seçimi edildikdən sonra layihə üzrə seçim aparılır.

O bildirib ki, mənzillərin təmiri standartlara uyğundur və sadəcə otaqların rəngində fərq var.

Aqşin Kərimov

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir