BDYPİ-nin sözçüsü: “Taksi sürücüsü sərnişinin sözü ilə qayda pozur”

Cəmiyyət

“Bu gün paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sayı həddən artıq çoxdur. Daha da təəssüf doğuran məqam odur ki, taksi sürücülərinin tez-tez yol hərəkəti qaydalarını pozduğunun şahidi oluruq”.

Bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə mövzuya münasibət bildirərkən deyib.

O bildirib ki, taksi sürücüləri sərnişinlərin sözü ilə yol hərəkəti qaydalarını pozmağa meyillidir:

“Sərnişini götürməyə tələsirlər və bu zamanda qayda pozurlar. Müştəri “mən tələsirəm” deyir və daha sürətli sürməsini tələb edir. Sürücü də qayda pozuntusunu gözardı etməyə çalışır ki, sərnişini ünvan başına tez çatdırsın. Bir növ taksi sürücüsü sərnişinin sözü ilə qayda pozur. DYP əməkdaşları bu kimi hallarla mübarizə aparırlar. Amma sərnişinlərə də tövsiyə edirik ki, səriştəsinə bələd olmadıqları, taksi fəaliyyəti ilə məşğul olan hər nəqliyyat vasitəsindən istifadə etməsinlər”.

Könül Cəfərli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir