Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

Dünya

Azərbaycanın üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) – Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq-da mübarizə aparan Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya) – Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.

73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.