Arnold Şvartsenegger Rusiya xalqına SƏSLƏNDİ – VİDEO

Dünya

Dünyaca məşhur aktyor Arnold Şvartsenegger sosial media hesabından Rusiya xalqına səslənib.

Oxu.Az xəbər verir ki, Şvartsenegger Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar barədə həqiqətləri açıqlayacağını bildirib.

Məşhur aktyor müraciətində deyir:

“Rusiyadan olan dostlarıma və Ukraynada döyüşən rusiyalı hərbçilərinə səslənirəm. Bu gün sizə sizdən gizlədilən hadisələr barədə danışacam. Dəhçətli hadisələr baş verir. Lakin sizə acı reallıqdan bəhs etməzdən əvvəl mənim qəhrəmanıma çevrilmiş bir rusdan danışacam. 1961-ci ildə mənim 14 yaşım var idi. Yaxşı bir dostum məni Vyanaya Ağır Atletika üzrə Dünya Çempionatına dəvət etdi. Mən Yuri Petroviç Vlasovu çempionatda 200 kiloqramlıq ağırlığı qaldıraraq qalib gəldiyinin şahidi oldum. Dostum bizi kulisə apardı, qarşımda dünyanın ən güclü adamı dayanmışdı və mənim əlimi sıxdı. Əlim onun əlinin içində itdi. O çox mehriban və istiqanlı idi. Mən o günü heç vaxt unutmadım. Evə qayıtdım və onun fotosunu çarpayımın üzərinə asdım ki, ağırlıq qaldıranda həmişə məni ruhlandırsın. Lakin, atam dedi ki, şəkli oradan götürüm. Dedi özünə almaniyalı, ya da avstriyalı qəhrəman tap. O mənə əsəbləşdi. O rusları II Dünya Müharibəsindəki təcrübələrinə görə sevmirdi.

Lakin mən fotonu oradan götürmədim. Mənim vecimə də deyildi Yuri hansı millətin adından çıxış edir. Mənim Rusiya ilə əlaqələrim kəsilmədi. Hətta daha da dərinləşdi”.

Şvartsenegger Rusiya ilə əlaqələrinin möhkəmlənməsində rol oynayan hadisələrə toxunduqdan sonra əlavə edib ki, 14 yaşımdan bu yana Rusiya xalqına hörməti var:

“Rusiya xalqının gücü və ürəyi məni həmişə ruhlandırıb. Buna görə də, ümid edirəm ki, Ukraynada baş verən hadisələrlə bağlı mənə həqiqəti deməyə icazə verərsiniz. Heç kəsə öz ölkəsinin idarəçiliyi ilə bağlı tənqid eşitmək xoş deyil. Başa düşürəm. Lakin Rusiya xalqının köhnə dostu kimi mənim dediklərimə qulaq asacağınızı ümid edərəm. Mən bilirəm ki, sizin hökumət deyir ki, bu müharibə Ukraynanın denazifikasiyası üçündür. Ukraynanın denazifikasiyası? Bu doğru deyil. Ukrayna prezidenti əslən yəhudi olan bir dövlətdir. Hansı ki, həmin prezidentin atasının üç qardaşı nasistlər tərəfindən öldürülüb.

Bu müharibəni Ukrayna başlatmayıb. Müharibəni nasistlər də başlatmayıb. Müharibəni Kreml gücləri başladıb. Bu Rusiya xalqının müharibəsi deyil.

İndi Ukraynada apardığı müharibəyə görə Rusiya bütün dünya ölkələrindən təcrid edilib”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.