Ukraynalıların NATO-ya qoşulmaq istəyi azalıb

Dünya

Ukraynada əhali arasında NATO-ya qoşulmağa dəstək səviyyəsində azalma müşahidə olunur.

Bunu “Reytinq” Sosioloji Qrupunun 30-31 mart tarixlərində keçirdiyi sorğunun nəticələri sübut edir.

Nəticələrə görə, vətəndaşlar arasında NATO-ya üzvlüklə bağlı dəstək səviyyəsi azalmaqda davam edir.

Müharibənin ilk günlərində Ukraynanın NATO-ya daxil olmasına dəstək 62%-dən 76%-ə yüksəlmişdir.

“Martın sonunda aparılan sorğular nəticəsinə əsasən isə Ukraynanın NATO-ya daxil olmasına dəstək 68% təşkil edir” – Reytinq” Sosioloji Qrupunun hesabatında qeyd olunur

Mənbə: Unian

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir