Moskvada fəaliyyət göstərən “Elysion” Sağlamlıq və Gözəllik Mərkəzinin baş direktoru Yekaterina Ryazanova müştərilərə “Chanel” çantaları ilə xidmət haqqını ödəməyə icazə verib.
Ryazanovanın sözlərinə görə, bir müddət əvvəl müştərilərdən biri bank kartını evdə unudub. “Apple Pay” mobil ödəmə sistemi artıq işləmədiyi üçün müştəri ona göstərilən prosedurlar dəsti müqabilində “Chanel” markalı çantasını təklif edib. Nəticədə digər müştərilər də eyni cür davranmağa başlayıblar.
“Bu gün artıq bir həftə ərzində dördüncü müştəri idi. Bu fikir onların xoşuna gəldi” – deyə salon direktoru qeyd edib.
Bundan əlavə, Ryazanova yaxın gələcəkdə qiymət siyahısı hazırlayacağını, burada pul məbləği əvəzinə ödənişin fransız brendinin məhsulları üzrə qiymətləndiriləcəyini söyləyib.
“Müştərilər çantalarını bizə qoyurlar, işçimiz onu bazar dəyərinə görə qiymətləndirir və bizim onu qəbul edə biləcəyimiz qiyməti açıqlayır” – deyən direktor bunun müqabilində qalığın qaytarılmasını da planlaşdırmadıqlarını vurğulayıb.
Mənbə: Lenta.ru
www.102info.az