İspaniyanın artıq öz Ukraynası var

Dünya

İspaniyanın Fuentes de Andalusia kəndi adını dəyişib və indi Ukrayna adlanır. Müstəqilliyi uğrunda mübarizə aparan dövlətlə sakit ispan kəndi arasında 4023,36 km məsafə var.

Bundan əlavə, kənddəki küçələr Ukraynanın qəhrəman şəhərlərinin şərəfinə adlandırılıb. Onların arasında Kiyev, Odessa və Mariupol küçələri də yer alıb.

Yerli sakinlər jurnalistlərə bildiriblər ki, dünyanın diqqətini Ukraynadakı müharibəyə və digər münaqişələrə cəlb etmək istəyirlər və artıq ukraynalı qaçqınlara kömək üçün 3500 avro toplayıblar. Onlar yığılacaq pulla 25 ailə üçün qəbul mərkəzi tikməyi planlaşdırırlar.

Qeyd edək ki, hazırda kənddə yeddi mindən bir qədər çox əhali yaşayır.

Mənbə: zn.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir