Naməlum təyyarə altı NATO ölkəsinin səmasında təşviş yaratdı

Dünya

Litvada polis NATO-ya üzv altı ölkənin hava məkanından icazəsiz uçan müəmmalı təyyarə ilə bağlı araşdırma başladıb.

Ötən gün Bolqarıstan tərəfi kiçik bir təyyarənin axşam saatlarında Litvadan havaya qalxdığı və icazəsiz şəkildə Şərqi Avropanın bir neçə ölkəsi üzərindən uçaraq hava qüvvələrinin diqqətini çəkdiyi ilə bağlı məlumat verib. Bolqarıstana endikdən sonra heyət üzvləri təyyarəni tərk edib.

Bolqarıstanın daxili işlər naziri Boyko Raşkov jurnalistlərə bildirib ki, təyyarə Litvadan havaya qalxaraq Polşa, Slovakiya, Macarıstan, Serbiya, Rumıniya üzərindən icazəsiz uçub və Bolqarıstanın hava məkanında eniş edib. Ümumilikdə təyyarə təxminən 1600 km yol qət edib.

Polis departamentinin sözçüsü Ramunas Matonisin bildirdiyinə görə, bu iş üzrə ibtidai istintaq hələ başlamayıb, hələki hadisənin baş vermə səbəbləri aydınlaşdırılır.

Təyyarədə iki nəfərin olduğu müəyyən olunub. Onların təsdiq edilmiş uçuş planı olmayıb və  təyyarənin transponderləri söndürülmüş olub. Pilot radio sorğularına və vizual siqnallara cavab verməyib. Naməlum təyyarəni Macarıstan və Rumıniyada döyüş təyyarələri Bolqarıstana qədər müşayiət edib.

Mənbə: Ukrainskaya pravda

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir