Conson: “Ukrayna ilə bağlı Putinə güzəştlər yalnız fəlakətə gətirib çıxaracaq”

Dünya

Qərb tərəfdaşları bilməlidirlər ki, Rusiya prezidenti Vladimir Putinə Ukrayna məsələsində güzəştlər yalnız fəlakətlə nəticələnəcək.

Bu barədə Britaniyanın baş nazir Boris Consonun krallığın Nazirlər Kabinetinə verdiyi bəyanatda bildirib.

“Biz heç kimin Putinə güzəştlərin fəlakətdən başqa heç nəyəsə gətirib çıxaracağına inanmasına imkan verməməliyik. Çünki bu, əsassız təcavüzün mükafatı kimi qəbul edilə bilər və təkcə Rusiyanı deyil, həm də onun müttəfiqlərini həvəsləndirəcək. Böyük Britaniyanın təhlükəsizliyinə və iqtisadiyyatımıza təsir edəcək”, – deyə o, bəyan edib.

Mənbə: rbc.ua

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir