Assanc yenidən məhkəməyə üz tutdu

Dünya

“WikiLeaks”in qurucusu Culian Assancın müdafiəsi Britaniyanın daxili işlər naziri Priti Patelin jurnalistin ABŞ-a ekstradisiyası barədə qərarından London Ali Məhkəməsinə ikinci apellyasiya şikayəti verib.

Məlumata görə, burada təqsirləndirilən şəxslər ABŞ hökuməti və daxili işlər naziri Priti Pateldir.

Bildirilib ki, şikayətdə avstraliyalı jurnalistin xeyrinə olan yeni sübutlar var.

Onların nədən ibarət olduğu isə açıqlanmır.

Xatırladaq ki, iyulun 1-də Assancın vəkilləri Patelin “WikiLeaks”in təsisçisinin ABŞ-a ekstradisiyası barədə qərarından şikayət ediblər. ABŞ-da 51 yaşlı avstraliyalı ölkə tarixində ən böyük məxfi məlumatların açıqlanması hadisəsi ilə bağlı cinayətlərdə ittiham olunur. Ona qarşı irəli sürülən ittihamların cəminə görə, jurnalisti 175 il həbs cəzası gözləyir.

May ayında Londonun Vestminster Məhkəməsi Ali Məhkəmənin qərarından sonra Assanjın ABŞ-a ekstradisiyasına dair qərar çıxarıb. Son üç ildir ki, Assanc Londonun Belmarş yüksək təhlükəsizlik həbsxanasında saxlanılır.

Mənbə: TASS

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir