Rusiyada səfərbərlik elanından sonra İsrail hökumətindən təklif

Dünya

İsrail Baş naziri Yair Lapid “El Al” aviaşirkətinin rəhbərini Rusiyadan uçuşların sayını artırmağa çağırıb.

Belə bir qərar Rusiyada qismən səfərbərlik elan edildikdən sonra verilib.

Bu barədə İsrail hökuməti başçısının Dəftərxanası məlumat verib.

Həmçinin İsrailin Rusiyadan çoxlu sayda mühaciri qəbul etmək üçün artıq hazırlıqlara başladığı da bildirilib.

Lapid qeyd edib ki, təkcə uçuşların artırılması deyil, həm də vizaların verilməsi və miqrantların ölkədə yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir.

Mənbə: Gazeta.ru  

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir