Belarus zirehli qoşunlarını sərhəd rayonlarından geri çəkdi – FOTO

Dünya

Belarus hərbi texnikasının böyük əksəriyyətini sərhədyanı rayonlardan geri çəkib və daimi dislokasiya yerlərinə qaytarıb.

Bu barədə “Belaruskiy Gayun” monitorinq qrupu öz “Telegram” hesabında məlumat verib.

Qrupun məlumatına görə, Brest, Zyabrovka, Yelsk, Lelçis, İvanovo, Stolin, Lunins və Vitebskdən əsas qüvvələr geri çəkilib.  

Qeyd edilir ki, əsasən zirehli texnikaların yeri dəyişdirilib.