İstanbulda Çırağan sarayında yanğın – VİDEO

Dünya

Türkiyənin İstanbul şəhərində yerləşən Çırağan sarayının hotel hissəsində yanğın baş verib.

Beşiktaşda yerləşən “Çırağan Palace Kempinski”nin 4-cü mərtəbəsindəki yanğının baş vermə səbəbi bilinmir.

Əraziyə çox sayda yanğınsöndürmə briqadaları göndərilib.

Hoteldə qalan insanlar təxliyə edilir, küçəni qatı tüstü bürüyüb.

Çırağan prospektində nəqliyyatın hərəkəti dayandırılıb.

Mənbə: Haber Global