Rusiyada zavodda güclü yanğın baş verib – VİDEO

Dünya

Rusiyanın Nijnekamsk şəhərində (Tatarıstan) sintetik kauçuk zavodunun ərazisində yanğın olub.

Məlumata görə, emalatxanada təxminən 10 min kvadratmetr sahə yanıb.

Zərərçəkənlər və qurbanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl Moskva vilayətində “Stroytrakt” ticarət mərkəzində güclü yanğın barədə xəbər vermişdik.

Mənbə: İzvestiya