Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

İdman

Azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.

“Report” xəbər verir ki, Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli referiyə Türkiyənin İstanbul şəhərində keçiriləcək D qrupu matçını həvalə edib.

Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) – “Allianz MTV Ştutqart” (Almaniya) qarşılaşmasını idarə edəcək.

Yanvarın 18-dəki görüşün ikinci hakimi funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.