Azərbaycanlı idmançı məşhur turnirdə debütünü Havay adalarında edəcək

İdman

Azərbaycanın tanınmış MMA idmançılarının döyüşlərinin vaxtı müəyyənləşib.

Bu barədə Oxu.Az-a onların şəxsi məşqçisi Ruslan Əfəndiyev xəbər verib.

Onun sözlərinə görə, tələbələri olan Tofiq Musayev və Vüqar Kərəmovun döyüşəcəyi tarix bəllidir:

“Vüqar Yaponiyada “Rizin” turnirində aprelin 17-də döyüşəcək. Onun rəqibi yerli idmançı “Ulka” Sasaki olacaq. Tofiq üçün isə ABŞ vizası alınıb. O, “Bellator” turniri üçün Havay adalarında döyüşəcək. Lakin Tofiqin rəqibi hələ bilinmir.

Digər tələbəm Xəzər Rüstəmov isə bu ayın sonlarında həvəskar MMA idmançıları arasında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünya çempionatında iştirak edəcək”.

Qeyd edək ki, Vüqar Kərəmovun rəqibi olan “Ulka” ləqəbli Yuta Sasaki 23 qələbə qazanıb, 10 dəfə məğlub olub və 2 dəfə heç-heçəyə razılaşıb. Tofiq Musayev UFC-dən sonra dünyanın ikinci böyük MMA turniri sayılan “Bellator”da debüt edəcək.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir