Avrokuboklar: “Lion” və “Roma” növbəti mərhələdə – VİDEO

İdman

UEFA Avropa və Konfrans Liqalarında 1/8 final mərhələsinin əksər qarşılaşmaları artıq başa çatıb.

Oxu.Az xəbər verir ki, Avroliqada “Portu”nun qonağı olan “Lion” minimal hesablı heç-heçəyə (1:1) nail olaraq, ilk oyundakı qələbəsi (1:0) sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avroliqadan kənarlaşdırıldığı üçün Almaniyanın “Leypsiq” klubu birbaşa 1/4 finala adlayıb.

Konfrans Liqası çərçivəsində Niderlandda baş tutan “AZ Alkmaar” – “Budyo Qlimt” oyununda isə qalib əlavə vaxtda müəyyən olunub. 120 dəqiqənin tamamında ilk matçda qələbə qazanmış Skandinaviya təmsilçisinin növbəti mərhələyə adlayacağı dəqiqləşib – 2:2.  

UEFA Avropa Liqası

1/8 final mərhələsi (cavab oyunları)

 “Lion” (Fransa) – “Portu” (Portuqaliya) 1:1

İlk oyun – 1:0

UEFA Konfrans Liqası

1/8 final mərhələsi (cavab oyunları)

“AZ Alkmaar” (Niderland) – “Budyo Qlimt” (Norveç) 2:2

İlk oyun – 1:2

“Gent” (Belçika) – PAOK (Yunanıstan) 1:2

İlk oyun – 0:1

LASK (Avstriya) – “Slaviya” Praqa (Çexiya) 4:3

İlk oyun – 1:4

“Roma” (İtaliya) – “Vitess” (Niderland) 1:1

İlk oyun – 1:0

“Feyenoord” (Niderland) – “Partizan” (Serbiya) 3:1

İlk oyun – 5:2

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir