Prezident İlham Əliyev güləşçilərimizlə görüş keçirdi

İdman

17 mart 2022- ci il tarixdə Prezident İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş idman növü üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüş keçirdi.
Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandılar ki, onlardan da 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür.
Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Avropada birinci olmaq böyük nailiyyətdir. Ölkənin dövlət himni yeddi dəfə səsləndirildi. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşıladılar.
Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə, həmdə müstəqillik dövründə.
Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri ləyaqətlə davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir.
Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar.
Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə edilir. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, cəlb etməyi Cənab prezident bir daha vurğulamışdır.
Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.
Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir.
İşğaldan azad edilmiş torpaqlarda idman inkişaf etdiriləcək. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapmışdır.

Musa Mamedov. Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi.
YAP – nın fəal üzvü.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir