Naqelsmann 450 dəfə ölümlə hədələnib

İdman

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann klubun Çempionlar Liqasından kənarda qaldıqdan sonra ölümlə hədələndiyini açıqlayıb.

Münhenlilər 1/4 finalda “Vilyarreal”a uduzub (səfərdə 0:1, evdə 1:1).

“Bilirəm ki, məni hər zaman hər tərəfdən tənqid edəcəklər. Hər şey qaydasındadır, öhdəsindən gələ bilərəm. Amma “Instagram”da 450 dəfə ölümlə hədələnmək artıq asan deyil.

İnsanların məni öldürmək istəməsi anlaşılandır. Lakin onlar futbolla heç zaman maraqlanmayan anama da hücum ediblər”, – deyə Naqelsmann bildirib.

Mənbə: sports.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir