“Fənərbağça” İstanbul derbisini qazanaraq lider oldu – VİDEO

İdman

Türkiyə Superliqasında 10-cu tur İstanbul derbisilə yadda qalıb.

“Fənərbağça” ev matçında “Başakşehir”lə qarşılaşıb.

Matçın son dəqiqələrində fərqlənən “sarı-lacivərdli” klub üç xalı tək qolla qazanıb – 1:0.

Beləliklə də, “Fənər” bu qələbə sayəsində turnir cədvəlinin ilk sırasına yüksəlib.